Son dövrün bəlası Astiqmatizm

Astiqmatizm gözün optik sisteminin qüsurudur. Bu zaman gözün şüa sındırma qüvvəsinin fəaliyyəti pozulur. Gözdə iki əsas, bir-birinə perpendikulyar meridian olur. Bunlardan biri güclü, digəri isə zəif şüasındırma qabiliyyətinə malikdir.
Astiqmatizm xəstəliyinə son vaxtlar gənclər arasında tez-tez rast gəlinir. Astiqmatiya zamanı gözün görmə qabiliyyəti zəifləməsə də, inkişafı dayanır. Bu zaman xəstə əşyaları aydın görə bilmir. Əgər xəstəliyi vaxtında müalicə etməsəniz bu zaman o, göz çəpliyinə və ya görmə qabiliyyətinin tamamilə itməsinə səbəb ola bilər.
Davamı →

Blefaritin yaranma səbəbləri

Blefarit — göz qapaqlarının iltihablandığı və xarici kənarlarının təsirləndiyi xroniki bir xəstəlikdir. Blefarit ikitərəfli və göz bölgəsindəki ağrı ilə xarakterizə olunur. Hər yaş kateqoriyasındakı insanlara təsir göstərir. Blefarit müxtəlif amillərin təsirindən yarana bilər. İnfeksion blefaritlərə bakteriya (epidermal və qızılı stafilokokk), göbələk, gənələr; qeyri-infeksion formaya isə allergik agentlər, oftalmoloji xəstəliklər səbəb olur. İnfeksion blefaritlərin əsas törədicisi kirpiklərin tük kisəciklərini zədələyən stafilokokklardır.

Davamı →

Görmə qabiliyyətini yaxşılaşdıran üsullar

Hər birimiz demək olar ki, bütün gün qarşımızdakı monitora baxır, kitab oxuyur və bununla göz əzələlərini tənbəlləşdiririk. Müasir miyopiya məhz belə inkişaf edir. Bu da qocalıqda ağır yükə çevrilir. Yaxşı görmə üçün eynək istifadə etməklə vəziyyəti daha da ağırlaşdırırsınız. Əgər göz əzələlərindən istifadə etməsəniz, onda görməniz zəifləyəcək.
Müvafiq olaraq prosesi tərsinə çevirmək üçün göz əzələlərindən tez-tez istifadə etmək və daim tonusda saxlamaq lazımdır. Həkimlərin sözlərinə görə, monitorla işləyən hər kəs hər 3 dəqiqədən bir 10 saniyə diqqəti çəkməli və uzaq məsafəyə baxmalıdır. Sonra gözləri qırpıb yenidən uzaq məsafədəki bir nöqtəyə baxın.
Davamı →

Konyunktivit və onun növləri

Konyunktivit gözün selikli qişasının iltihabı xəstəliyidir. Bu xəstəlik gözün qızarması, qıcıqlanması, «yad cisim» hissiyyatı ilə özünü büruzə verir. Həmçinin səhərlər göz qapaqlarının yapışması və gözdən selik, irin kimi müxtəlif ifrazatın axması ilə müşahidə olunur. Bundan başqa göz qapaqlarında şişkinlik, konyunktivada hiperemiya və yaşaxma qeydə alına bilər. 

Bildirilib ki, konyunktivit bakterial, virus və allergik mənşəli olur. Bakterial konyunktivitin müalicəsində genişspektrli antibiotik damcı və məlhəmlərdən istifadə edilir. Virus konyunktivitində antibiotik müalicə effektiv deyil. Əgər ikincili infeksiya qoşularsa, bu zaman antibiotik damcılardan istifadə etmək lazımdır.
Davamı →

Çəpgözlük

Bu zaman gözlərin görmə oxları üst-üstə düşmür. Bir göz normal oxdan kənara çəkilir. Nəticədə gözdə ikiləşmə baş verir, bu da görmənin pozulmasına səbəb olur.

Səbəbləri:
– irsi və genetik pozğunluqlar. Əgər valideynlərin birində çəpgözlük olubsa, uşaqlarda əmələ gəlmə riski böyükdür. Daun sindromu olan uşaqlarda çox rast gəlinir.
– hamilə qadınların toksiki maddələrə, alkohola məruz qalması
Davamı →

Astenopiya

Astenopiya – yaxın məsafədə olan əşyalara uzun müddət baxdıqda gözlərin yorğunluğu deməkdir. Bu vəziyyət görmənin itiliyinin pozulması, gözyaşarması, göz altında gərginliyin olması ilə təzahür olur.

Səbəbləri:
Görmə analizatorunun işi işıq qəbul edən və gözün hərəki aparatının işindən asılıdır. Astenopiya xoşagəlməz faktorlar hər iki aparata təsir etdikdə inkişaf edir. Bu vəziyyət ən çox otaq yaxşı işıqlandırılmadıqda, görmə işi ilə məşğul olduqda, bədən düzgün yerləşmədikdə baş verir.

Klinikası:
Astenopiyanın simptomları subyektiv əlamətlərlə – yaxın məsafədə kitab oxuyarkən, əşyalara yaxından baxarkən baş verir ki, bu zaman görmə dumanlanır, həriflər və sətirlər yayılır, gözlərdə kəskin ağrı hiss olunur, ağrı qaşların ustündə, gicgahlarda qeyd olunur.
Davamı →

Göz sklerasının xəstəlikləri

Sklerada iltihabi proseslər məhəlli və həm də diffuz olmaqla, əsasən skleranın ön yarısında, ekvatorla limb arasında yerləşır.

Skleranın 2 növ iltihabı məlumdur: səthi episklerit və dərin sklerit. Episklerit-skleranın səthi iltihabı, məhəlli olaraq səthi episkleral qan damarlarının hiperemiyası ilə başlayır. Həmin nahiyədə episklera toxuması diffuz halda düyün şəklində qalınlaşır. Hiperemiya tezliklə bənövşəyi rəng alır, episklera şişkinləşir. Həmin nahiyəyə toxunduqda azacıq ağrı hiss edilir.

Episkleritin klinik gedişi xronikidir, tez-tez residiv verir və beləliklə, bir neçə il davam edir, nadir hallarda hər iki gözdə də ola bilər. Xroniki gedişinə baxmayaraq heç bir iz buraxmadan sağalır.
Davamı →

Göz iltihablanması

Göz iltihablanması: Gözdə qızartı, qaşınma, iltihablanma, gözdə yad cisim hissi və ya yanma kimi əlamətlərə səbəb olan gözün xarici təbəqəsini və göz qapaqlarının daxili səthini əhatə edən zər təbəqəsinin iltihablanmasına səbəb olan bir göz xəstəliyidir.

Göz iltihablanması bakteriya, virus ya da allergiyalar səbəbi ilə yarana bilər. Adətən 10 — 14 gün ərzində bədəndən uzaqlaşır, ancaq əlamətləri altı həftəyə qədər davam edə bilər.
Davamı →

Quru göz sindromu

Göz quruluğu anlayışı nədir?
Quru göz sindromu oftalmoloqların sıx qarşılaşdığı problemlərdən biridir. İsmindən məlum olduğu kimi bu xəstəlik gözün quruluğu ilə müşahidə olunur. “Quru göz “ – gözün kifayət qədər gözyaşı ifraz etmədiyi ya da gözyaşının normal kimyəvi tərkibə malik olmadığı hallara deyilir.

Normal bir görmə üçün göz almasının ön səthinin nəmliyin yetərli olması şərtdir. Bunun üçün göz yaşının lazımi keyfiyyətinin və düzgün tərkib hissələrinin olması, göz qapaqlarının normal bağlanması vacibdir. Bu faktorlar gözün ön səthinin gözyaşı filminin pozulmasını və gözün qurumasını əngəlliyir.
Davamı →

Oftalmoloqa müraciət etmək üçün 5 səbəb

Araşdırmalar göstərir ki, dünyada yaşayan insanların 60%-dən çoxunda görmə ilə bağlı olan müxtəlif problemlər var. İldən-ilə bu rəqəm artır və hal hazırda hətta cavan insanlarda və uşaqlarda tez-tez müxtəlif görmə problemləri aşkar olunur.

Həkimlər bunu müasir insanların həyat tərzi ilə əlaqələndirir. Gözlərin sağlamlığı üçün insan tez-tez uzaq məsafələrə baxmalıdır. Müasir insanlar isə günün bir çox hissəsini kompütür, planşet, telefonun ekranına baxmaqla keçirdirlər.

Bəzən görmə ilə bağlı problemlər özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir ki, insan da bu simptomları göz xəstəlikləri ilə əlaqələndirmir və oftalmoloqa müraciət etmir. Xəstəlik isə daha da dərinləşir və ağırlaşmalara gətirib çıxardır.
Davamı →